Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov hansı xəstəlikdən əziyyət çəkir? 

Naxçıvan “xan”ının qəfil istefası ölkə gündəminin bir nömrəli hadisəsinə çevrildi...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası ölkədə şok effekti yaratdı. Naxçıvanda yüksək rütbəli məmurların həbsi Ali Məclis sədrinin əl-qolunu bağlasa da, onun qapı arxasında saxlanılacağı gözlənilən deyildi. Buna görə də Naxçıvan “xan”ının qəfil istefası ölkə gündəminin bir nömrəli hadisəsinə çevrildi. 

Vasif Talıbov vəzifəsindən istefa verdiyinə dair ərizəni dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edib. Ali Məclis dekabrın 21-də keçirilən növbədənkənar iclasında onun istefasını qəbul edib. 

Naxçıvan Ali Məclisinin mətbuat xidməti Vasif Talıbovun istefasının səbəbini açıqlayıb. Mətbuat xidmətinin yaydığı məlumatda Ali Məclis sədrinin səhhətində yaranmış problemlə əlaqədar istefa verdiyi bildirilir. 

Vasif Talıbov hansı xəstəlikdən əziyyət çəkir? 

“Yeni Sabah” Talıbovlara yaxın şəxslə bu mövzuda dəqiqləşdirmə aparıb. Ailəyə yaxın şəxs söhbət zamanı Vasif Talıbovun səhhətində hər hansı ciddi problemin olmadığını deyib. Onun sözlərinə görə, Ali Məclis sədrinin sağlıq durumu hələ uzun müddət bu vəzifəni icra etməyə imkan verirdi. 

Mənbə deyib ki, Vasif Talıbov şəkərli diabetdən əziyyət çəkir. Amma onda şəkərin miqdarı yüksək deyil. O, qida rejiminə əməl etməklə uzun illər ərzində eyni çəkidə qalmağı bacarıb. 

Mənbə Vasif Talıbovun sağlam olduğuna dair başqa arqumentlər də gətirib. Bildirib ki, 62 yaşı olmasına rəğmən o, sonuncu dəfə 17 il əvvəl diş çəkdirib. 

Müsahibimiz yaxın ətrafında olan bir neçə nəfərin koronavirusa yoluxmasına baxmayaraq, Vasif Talıbovun bu xəstəliyə tutulmamasını onun sağlam və güclü orqanizmə sahib olması ilə əlaqələndirib.

pia.az


Etiket: Vasif Talıbov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar